“Sumqayıt” baş məşqçisi ilə vidalaşdı
“Sumqayıt” baş məşqçi Ayxan Abbasovla yollarını ayırıb. Bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.
40 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. 2018-ci ildən sumqayıtlıların sükanı arxasında olan Abbasov bu müddətdə komandanı 96 oyuna çıxarıb.