“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun vaxtı açıqlandı

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun vaxtı açıqlandı

Qış hazırlığı çərçivəsində keçiriləcək “Sumqayıt”la “Araz-Naxçıvan” arasında yoxlama oyununun vaxtı bəlli olub. Bunu Sumqayıtın eyniadlı klubunun mətbuat xidməti açıqlayıb.

Yanvarın 9-da keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək. Matç “Kapital Bank Arena”da təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 5-dən doğma şəhərdə hazırlıq keçəcək Vaqif Cavadovun yetirmələri toplanışda yalnız bir matç keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

FIBA Çempionlar Liqasının görüşü Bakıda

Növbəti yazı

Balotelli yenidən komandasını dəyişir