“Sumqayıt” Antalyada məğlub oldu

“Sumqayıt” Antalyada məğlub oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

Serbiyanın OFK (Belqrad) kollektivi ilə qarşılaşan “gənclik şəhəri” təmsilçisi 1:4 hesabı ilə uduzub.

Azərbaycan klubunun qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına məğlub olub – 1:5.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən məhsuldar heç-heçə

Növbəti yazı

“Qarabağ” “Neftçi”ni məğlub etdi