”Sumqayıt” 1/4 finalda
Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Raundun son matçı Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı klubu MOİK-i qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. Sertan Taşkın fərqlənib. Lakin qonaqlar İbrahim Əliyevin qolu ilə hesabda tarazlıq yaradıb. Oyunun qalibi əlavə vaxtda bəlli olub. Sənan Muradlı və Rəhim Sadıxovun qolları “gənclik şəhəri” təmsilçisinə qələbə qazandırıb – 3:1.