Sulşer “Uotford”u gözləyir
İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşeri postunda saxlayıb. “Mançester Siti”yə 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndəriləcəyi gözlənilən norveçli mütəxəssis ən azı növbəti oyuna qədər vəzifəsində qalacaq.
O, XII turun “Uotford”la qarşılaşmasında da komandaya rəhbərlik edəcək. Sulşer yığmaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə komandanı toparlamaq imkanı qazanıb.
Hazırda “Mançester Yunayted” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Uotford”la qarşılaşma noyabrın 20-də keçiriləcək.