Sulşer rəsmən “Beşiktaş”da

Sulşer rəsmən “Beşiktaş”da

“Beşiktaş” yeni baş məşqçisini açıqlayıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda Ole-Qunnar Sulşerə tapşırılıb. “Beşiktaş” Sulşerlə 1,5 illik müqavilə imzalayıb.

“Qara qartallar” Norveçdən olan 51 yaşlı mütəxəssisin fotosunu paylaşıb.

Qeyd edək ki, o, son olaraq 2021-ci ildə ayrıldığı İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olub.

ETOPAZ

Əvvəlki yazı

Alleqri Ərəbistan yolunda

Növbəti yazı

Günün kuponu – 18.01.2025