Sulşer “Beşiktaş” yolunda
Ole-Qunnar Sulşer “Beşiktaş”ı çalışdıracaq. 51 yaşlı norveçli mütəxəssis 2021-ci ildə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini tərk etdikdən sonra işsiz idi.
Sulşerin rəhbərliyi ilə “Molde” 2011 və 2012-ci illərdə Norveç çempionu olub, “Mançester Yunayted” isə 2021-ci ildə Avropa Liqasının finalına çıxıb.