Sulşerə vaxt verildi: Üç oyun
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşerlə bağlı qərarı bəlli olub. Mütəxəssisə üç oyunluq vaxt verilib. O, bu müddətdə vəziyyəti müsbətə doğru dəyişməlidir.
Mançesterlilər oktyabrın 30-da “Tottenhem”, noyabrın 2-də “Atalanta”, 6-da “Mançester Siti” ilə qarşılaşacaq. Bu qarşılaşmalardan birində “Liverpul”dakı görüşdəki (0:5) kimi xoşagəlməz nəticə qeydə alınsa, Sulşer dərhal vəzifəsindən azad olunacaq. Norveçli mütəxəssisə vaxt verilməsi, həm də klubun yeni baş məşqçi axtarması baxımından rəhbərliyi qane edir.