Suarez Uruqvay çempionu oldu
Luis Suarez növbəti titulunu qazanıb. Ulduz hücumçu Uruqvay çempionu adına yiyələnib.
O, bu uğura “Nasyonal”ın heyətində nail olub. Suarezin komandası həlledici qarşılaşmada “Liverpul”u 4:1 hesabı ilə məğlub edib.
Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün taleyi əlavə yarım saatda həll olunub. Üç qoldan birinə Luis imza atıb.