Suarez qərarını verdi
Luis Suares qərarını verib. O, “İnter Mayami”də qalmaq istədiyini açıqlayıb.
37 yaşlı forvard klubla danışıqlara start verib. Suares fiziki cəhətdən özünü yaxşı hiss etdiyini söyləyib.
Ulduz futbolçu hüquqşünasına işlərə başlaması ilə bağlı göstəriş verib.
Qeyd edək ki, Suaresin “İnter Mayami” ilə müqaviləsi ilin sonunda bitəcək.