Suarez milli ilə vidalaşdı
Luis Suarez milli karyerasını başa vurub. 37 yaşlı futbolçu sonuncu dəfə Paraqvayla matçda Uruqvay Millisinin formasını geyinib.
Uruqvay millisinin futbolçusu Luis 2026-cı il Cənubi Amerika FİFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində Paraqvayla matçdan sonra təşkil edilən mərasimdə yığma ilə vidalaşıb. Milli futbolçu vida zamanı göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Suarez Uruqvay Milli Komandası ilə 142 oyun keçirib. Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 69 qol vurmağı bacarıb.