Suarez ən yaxşını açıqladı
Uruqvay millisinin futbolçusu Luis Suarez Mançester derbisinə biganə qalmayıb. Hazırda vətənində “Nasyonal”ın şərəfini qoruyan hücumçu “Mançester Siti” – “Mançester Yunayted” oyunu ilə bağlı rəy bildirib.
Suarez ”şəhərlilər”in 6:3 hesablı qələbəsinə üç qolla töhfə verən Erlinq Halandın paylaşımına yazdığı rəydə onu dünyanın ən yaxşı mərkəz hücumçusu adlandırıb: “Təbrik edirəm, dostum. Möhtəşəm oyun idi. Hazırda ən yaxşı “9 nömrə”.