Suares Uruqvaya qayıdır
Luis Suaresin yeni klubu bəlli olub. “Atletiko”dan ayrılan hücumçu karyerasını vətənində davam etdirəcək.
Uruqvaylı hücumçu peşəkar karyerasını başladığı “Nasyonal”a qayıdacaq. O, klubla DÇ-2022-nin startına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Hazırda azad agent statusuna malik Suares Qətərdəki mundialda Uruqvay yığmasının formasını geyinəcək.