Sterlinqdən unikal göstərici
Rahim Sterlinq unikal göstəriciyə imza atıb. O, İngiltərənin 4 fərqli klubu ilə Çempionlar Liqasında oynayan ilk futbolçu olmaqla tarixə düşüb.
O, “Arsenal”ın səfərdə “Atalanta” ilə 0:0 hesablı heç-heçə etdiyi matçda meydana sonradan daxil olub. Cinah oyunçusu daha əvvəl Çempionlar Liqasında “Liverpul”, “Mançester Siti” və “Çelsi”nin formasını geyinib.