Sterlinq ikinci yerə yüksəldi

Sterlinq ikinci yerə yüksəldi

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Çelsi” – “Zalsburq”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Londonluların heyətində Rahim Sterlinq fərqlənib. “Çelsi”nin hücumçusunun aktivində Çempionlar Liqasında 25 qol var.

O, Pol Skoulzu geridə qoyaraq, qolların sayında ingiltərəlilər arasında 2-ci yerin sahibi olub. Rahim yalnız “Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runidən geri qalır. “Qırmızı şeytanlar”ın sabiq forvardının aktivində 30 qol var.

e-Topaz

Əvvəlki yazı

“Real” seriyasını davam etdirir

Növbəti yazı

Kvaratsxeliyadan rekord