Sterlinq “Arsenal”ın hədəfində
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər. 27 yaşlı ingiltərəli “Arsenal”ın transfer siyahısına düşüb.
“Topçular” vingeri yayda heyətinə qatmağı planlaşdırır. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Lakin tərəflər anlaşmanı uzatmaqla bağlı razılıq əldə edə bilmir. Bu üzdən mançesterlilər də onu satmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, 2015-ci ildən “şəhərlilər”in formasını geyinən Rahim mövsümün 41 oyununda 14 qol vurub.