Stef və Kevindən üstünlük
“Bütün ulduzlar”ın oyununda iştirak üçün səsvermə davam edir. Arxada qalan müddət üçün ilkin nəticələr açıqlanıb.
“Qolden Steyt”in lideri Stef Karri Qərb, “Bruklin”in hücumçusu Kevin Dyurent Şərq konfransında böyük üstünlüyə malikdir. Karri 2 milyon 584 min 623, Dyurent 2 milyon 360 min 435 səs toplayıb. “Miluoki”li Yannis Adetokumbanun 2 milyon 145 min 835 səsi var.
Hazırda ulduzlar yığmalarının heyətləri aşağıdakı kimidir:
Qərb: Nikola Yokiç – Lebron Ceyms, Pol Corc – Stef Karri, Luka Donçiç
Şərq: Coel Embiid – Kevin Dyurent, Yannis Adetokumbo – Demar Derozan, Ceyms Harden