Startda ikinci məğlubiyyət

Startda ikinci məğlubiyyət

Dünyanın ikinci raketkası Arina Sobolenko ilin startında ardıcıl ikinci məğlubiyyətini alıb. O, Adelaidadakı turnirdə Rebekka Petersona uduzub – 7:5, 1:6, 5:7.

Arina bu qarşılaşmada 21 ikiqat səhvə yol verib. Belaruslu tennisçi mövsümün ilk matçında da topu oyuna daxil edərkən problemlərlə üzləşmişdi. Həmin qarşılaşmada Arina 18 belə xətaya yol verib.

e-Topaz

Əvvəlki yazı

30 milyonluq transfer

Növbəti yazı

La Liqada istefa