Şeşko məşqlərə başladı
“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko zədəsini sağaltmaq üzrədir. Sloveniyalı futbolçu “qırmızı şeytanlar”ın son 4 oyununu buraxsa da, artıq meydana qayıtmağa yaxındır.
22 yaşlı hücumçu komandanın məşqlərinə qoşulub.
Şeşkonun Premyer Liqada “Bornmut”la keçiriləcək qarşılaşmaya qədər tam hazır vəziyyətə gəlmək üçün intensiv şəkildə çalışdığı bildirilir.













