“Sportinq”in yarımmüdafiəçisi “Tottenhem” yolunda
“Sportinq”in yarımmüdafiəçisi Joau Palinya karyerasını Premyer Liqada davam etdirə bilər. “Tottenhem” futbolçuya təklif göndərməyə hazırlaşır.
“Spurs”un baş məşqçisi Antonio Konte 26 yaşlı futbolçunu bəyənir. Çalışdırıcı onunla müqavilə bağlamaqda maraqlıdır.
Qeyd edək ki, Palinya bu mövsüm “Sportinq”in heyətində bütün yarışlarda 36 oyuna çıxıb və 3 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.