“Sportinq”in Ronaldo planı
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun taleyi qeyri-müəyyən olaraq qalır. Onun “Sportinq”ə qayıtmaq ehtimalı da güclənir.
Lissabon komandası Ronaldonu 2022/23 mövsümünün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirir. Artıq tərəflər danışıqlara başlayıb.