Spinazzola 311 gündən sonra meydana çıxdı
Uzun müddət zədədən əziyyət çəkən Leonardo Spinazzola yaşıl meydanlara dönüb. O, 311 gündən sonra ilk matçında iştirak edib.
“Roma”nın müdafiəçisi “Fiorentina” ilə oyunun (0:2) 90-cı dəqiqəsində meydana çıxıb. Spinazzola cəmi 4 dəqiqə meydanda olub.
Qeyd edək ki, futbolçu Avro-2020-nin 1/4 finalının İtaliya – Belçika matçında axilles vətərindən zədə alıb.