Spalletti üçün təhlükə
İtaliya millisinin baş məşqçisi təyin olunan Luçano Spalletti təhlükə ilə üzləşib. Onun sabiq komandası “Napoli” məhkəməyə müraciət edə bilər.
64 yaşlı mütəxəssis yığmada ildə 3 milyon avro qazanacaq. “Napoli”nin sabiq çalışdırıcısı klubdakı ilə müqayisədə az qazanmağa razı olub. O, çempion etdiyi Neapol təmsilçisində ilə 3,2 milyon avro maaş alıb. Tərəflər müqavilə imzalasa da, İtaliya Futbol Federasiyası “Napoli”nin tələb etdiyi 3 milyon avroluq kompensasiyanı ödəməyib. Klub rəhbərliyi anlaşma müddəti bitmədən postunu tərk edən mütəxəssisin yığmanın sükanı arxasına keçməsindən narazı qalıb.