Spalletti ən yaxşı seçildi
İtaliya A seriyasında ayın məşqçisi müəyyənləşib. Luçano Spalletti oktyabrın ən yaxşısı seçilib. Onun rəhbərlik etdiyi “Napoli” ötən ay keçirdiyi 5 çempionat matçının hamısında qalib gəlib.
Neapollular A seriyasının 12 turundan sonra 32 xalla liderdir. Spallettinin yetirmələri ikinci pillədəki “Atalanta”nı 5 xal qabaqlayır.
Bu gün liderlər üz-üzə gələcək.