Spalettinin taleyinə aydınlıq gəldi

Spalettinin taleyinə aydınlıq gəldi

“Napoli” baş məşqçisi Luçano Spalletti ilə müqaviləni uzadacaq. Artıq tərəflər arasında danışıqlar gedir.

İtaliya klubu 63 yaşlı mütəxəssisin postunda qalmasını istəyir. Düzdür, onlar mövsümün sonunda başa çatacaq müqavilənin bəndindən yararlanaraq Spallettini daha bir il saxlaya da bilər. Amma A seriyası təmsilçisi 2025-ci ilədək nəzərdə tutulan yeni anlaşmanın tərəfdarıdır.

Qeyd edək ki, 2021-ci ilin mayından “Napoli”də olan mütəxəssisin yetirmələri 41 xalla A seriyasının lideridir.
 

ETOPAZ

Əvvəlki yazı

Türkiyə millisində dəyişiklik

Növbəti yazı

Günün şansı – 16.11.2022