Söyüncüyə İspaniyadan elçi
“Lester”in futbolçusu Çağlar Söyüncü “Atletiko”nun maraq dairəsinə düşüb. İspaniya klubu müdafiəçi üçün ingiltərəlilərə təklif göndərib.
O, komandadan gedəcək Felipeni əvəzləməlidir. 26 yaşlı türkiyəli bunun üçün ən yaxşı variant hesab olunur.
Çağlar 2018-ci ildə “Frayburq”dan “Lester”ə keçib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.