Söyüncüdən yeni müqavilə
“Lester”in futbolçusu Çağlar Söyüncü “Atletiko”ya keçəcək. Türkiyəli müdafiəçi İspaniya klubu ilə müqavilə imzalayıb.
Anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 26 yaşlı müdafiəçi 2018-ci ildən formasını geyindiyi “Lester”i mövsümün sonunda tərk edəcək.
Qeyd edək ki, İngiltərə klubu onu “Frayburq”dan 21 milyon avroya alıb.