Söyüncü Madrid klubunda
Türkiyə yığmasının müdafiəçisi Çağlar Söyüncü Madrid “Atletiko”su ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçunun 5 illik “Lester” karyerası başa çatıb.
Mərkəz müdafiəçisi iyulun 7-də yeni komandasının təlim-məşq toplanışına qoşulacaq. Çağlarla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, müdafiəçinin çıxış etdiyi “Lester” Premyer Liqanı tərk etmişdi.