Souza “Milan”a yollana bilmədi
“Korintians” Uqo Souza ilə bağlı qərarını verib. Klub “Milan”ın təklifini rədd edib.
İtaliya təmsilçisi 26 yaşlı qapıçı üçün 6 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif edib. Lakin braziliyalılar bu məbləği çox aşağı hesab ediblər.
Qeyd olunur ki, “Korintians” futbolçunun hüquqlarının 60 faizinə, “Flamenqo” isə 40 faizinə sahibdir.










