Şou yenidən zədələndi
“Mançester Yunayted”də ciddi itki baş verib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi Lük Şou uzun müddətə sıradan çıxıb. Bu, 28 yaşlı ingiltərəlinin müayinələrindən sonra bəlli olub. Premyer Liqanın XXV turunun “Luton”la matçında (2:1) xəsarət alan futbolçu bir neçə ay kənarda qalacaq.