Son oyunda məğlubiyyət

Son oyunda məğlubiyyət

Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində özünün son matçında Lüksemburqla qarşılaşıb.

Avropa zonası üzrə A qrupunun IX turunun görüşü Bakı Olimpiya Stadionunda baş tutub. Canni de Byazinin yetirmələri bu dəfə də meydandan məğlub ayrılıblar – 1:3.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə aldığı görüşdəki bütün qollar ikinci hissədə vurulub. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till qonaqlara üstünlük qazandırıb. Azər Salahlı bu toplardan birinin əvəzini çıxsa da, Rodriges dublunu rəsmiləşdirərək fərqi yenidən iki topa çatdırıb.

Bununla da yığmamız DÇ-2022-nin seçmə mərhələsindəki 8 oyunda cəmi 1 xal toplayıb. Evdəki bütün matçlarda uduzan De Byazinin komandası qrupda sonuncu olub.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında Portuqaliya ilə İrlandiya qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.11.2021

Növbəti yazı

Canni de Byazi: “Bundan artığını edə bilməzdik”