Son iki mövsümün rekordu

Son iki mövsümün rekordu

Azərbaycan kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur. Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Kubokun 10-cu sahibi

Növbəti yazı

Ən məhsuldar final