Son iki ildə ilk dəfə

Son iki ildə ilk dəfə

Nur-Sultanda keçirilən WTA-250 turniri başa çatıb. Finalda belçikalı Elison van Eytvank və Qazaxıstan tennisçisi Yuliya Putintseva üz-üzə gəlib.

İlk setdə uduzan Elison oyunda dönüş yaradıb – 1:6, 6:4, 6:3. Bu, belçikalının son iki ildə ilk tituludur.

Elison sonuncu dəfə 2019-cu ilin sentyabrında çempionluq sevinci yaşayıb. Həmin vaxt tennisçi Daşkənddə uğur qazanıb. Ümumilikdə isə belçikalı WTA turnirlərində 5-ci dəfə qalib adına yiyələnib.

Xatırladaq ki, yarışın mükafat fondu 235 min 238 dollar təşkil edib.

ETOPAZ

Əvvəlki yazı

Marko Roys “Borussiya” tarixinə düşdü

Növbəti yazı

“Neftçi” zirvədə, “Keşlə”dən ilk qələbə