Son hissənin bombardiri
NBA-da oyunların dördüncü hissələrində ən çox xal toplayan basketbolçuların siyahısı açıqlanıb. Cədvələ “Çikaqo”nun müdafiəçisi Demar Derozan başçılıq edir. O, cari mövsümün son hissələrində 103 xal toplayıb.
Siyahıda ikinci sırada Koul Entonidir. “Orlando”nun oyunçusunun aktivində 85 xal var. Taylor Xirro (“Mayami”) və Pol Corc (“Klippers”) hərəyə 79 xala sevinib.
Qeyd edək ki, Derozan “Çikaqo”ya bu yay “San-Antonio”dan azad agent kimi keçib.