Son finalçıdan xal itkisi, ”Bavariya” qələbə qazandı
Çempionlar Liqasında 1-ci tura yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma baş tutub.
A qrupunda ”Qalatasaray” ”Kopenhagen”lə bərabərə qalıb – 2:2. ”Bavariya” isə ”Mançester Yunayted”i əliboş yola salıb – 4:3.
B qrupunda ”Arsenal” PSV-yə şans tanımayıb – 4:0. ”Sevilya” isə ”Lans” ilə heç-heçə edib – 1:1.
C qrupunda ”Real” ”Yunion”u minimalhesabla məğlub edibsə, “Napoli” ”Braqa”dan güclü olub – 2:1.
D qrupunda isə “Benfika” evdə ”Salzburq”a uduzub – 0:2. Son finalçı ”İnter” İspaniya səfərində ”Real Sosyedad”la bacarmayıb – 1:1.