Son “Fənərbaxça”nın hədəfində

Son “Fənərbaxça”nın hədəfində

“Fənərbaxça” heyətini ulduz futbolçu ilə gücləndirə bilər. Cənubi koreyalı futbolçu Son Hın Min İstanbul təmsilçisinin əsas hədəfinə çevrilib.

“Fənər” 32 yaşlı forvard üçün “Tottenhem”lə danışıqlara başlamağı planlaşdırır. Lakin Son İngiltərə klubunda özünü xoşbəxt hiss etdiyindən “sarı-lacivərdlilər”in təklifinə müsbət yanaşmaya bilər.

Qeyd edək ki, Min 2015-ci ildən “Tottenhem”in şərəfini qoruyur. Bu müddət ərzində 454 matçda meydana çıxan təcrübəli hücumçu 173 qol və 101 assistlə yadda qalıb. O, klubla Avropa Liqasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.06.2025

Növbəti yazı

Millimiz minimal hesabla məğlub oldu