Son çempiondan erkən vida
AVRO-2024-ün pley-off mərhələsin start verilib. 1/8 finalın ilk matçı Münhendə keçirilib.
Son çempion İtaliya İsveçrə ilə qarşılaşıb. Görüş isveçrəlilərin üstünlüyü ilə başlayıb. Komanda Remo Fröylerin qolu ilə hesabı açıb. İkinci hissədə Ruben Varqas yekun nəticəni müəyyənləşdirib – 2:0.