Son çempion

Son çempion

Lüksemburqda təşkil olunan qadın tennisçilər arasında turnir başa çatıb. Finalda Alyona Ostapenko ilə qarşılaşan Klara Tauson 6:3, 4:6, 6:4 hesabı ilə qalib gəlib.

Danimarkalı turnirin tarixinə son çempion kimi düşüb. Çünki gələn ildən yarış rəsmi xarakter daşımayacaq.

Buna səbəb təşkilatçılar və WTA arasında əməkdaşlığın sona çatmasıdır. 25 illik anlaşma başa çatdıqdan sonra tərəflər yeni müqavilə barədə razılıq əldə etməyib.

1991-95-ci illərdə də Lüksemburq turniri sərgi xarakteri daşıyıb. 1996-cı ildən yarış WTA turunun bir hissəsinə çevrilib.

ETOPAZ

Əvvəlki yazı

Emreli Polşa çempionatında ilk qolunu vurdu

Növbəti yazı

“İnter” van de Bekin transferindən imtina etdi