Şomurodov “Roma”dan ayrıla bilər
“Roma”nın hücumçusu Eldor Şomurodov komandadan ayrıla bilər. Futbolçu “Speziya”nın maraq dairəsindədir.
27 yaşlı forvardı bir çox klub istəsə də, mübarizədə favorit italiyalılardır. “Speziya” rəhbərliyi özbəkistanlının icarəyə götürülməsi variantını nəzərdən keçirir. Onun “Roma” ilə müqavilə 2026-cı ilin yayına qədər qüvvədədir.