Sommer “Qalatasaray”ın hədəfində
“Qalatasaray” istədiyi oyunçunu İtaliyada tapıb. “Sarı-qırmızılılar” ötən mövsüm UEFA Çempionlar Liqasının finalçısı olan “İnter”in qolkiperi Yann Sommerlə yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul təmsilçisi 36 yaşlı qapıçı üçün A Seriyası klubu ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Sommer 2023-cü ildə “Bavariya”dan 8 milyon avro qarşılığında “İnter”ə transfer olunub.