Sommer 3-cü oldu
A seriyasının 9-cu turu “İnter”in qapıçısı Yan Sommer üçün əlamətdar olub. O, çempionatda iştirak etdiyi ilk 9 oyununun altısında qapısını toxunulmaz saxlayıb.
Bu, “İnter”in “Torino”nu 3:0 hesabı ilə məğlub etdiyi görüş təsadüf edib. İsveçrəli bu göstəriciyə nail olan üçüncü qapıçı olub. Bunadək “Roma”nın qolkiperləri Kistiano Lupatell (1999/2000-2000/2001) və Alison Beker (2017/2018) bu nəticəyə imza atıblar.