Solskyaer İngiltərə yolunda

Solskyaer İngiltərə yolunda

Ule-Qunner Solskyaer İngiltərəyə qayıda bilər. Norveçli mütəxəssis “Vulverhempton”un baş məşqçisi vəzifəsinə namizəddir.

“Canavarlar” uğursuz nəticələrdən sonra dünən Hari Onillə yollarını ayırıblar. İngiltərə Premyer Liqasının 16-cı turunda “İpsviç”ə 1:2 hesablı məğlubiyyət klub rəhbərliyini bu addımı atmağa vadar edib.

İngiltərə mətbuatında Solskyaerin “Vulverhempton” – “İpsviç” matçını tribunadan izlədiyi bildirilib. Digər xəbərdə norveçli məşqçinin “İpsviç”in çalışdırıcısı Kiran Makkennlə dostluq əlaqələr olduğu üçün oyuna gəldiyi vurğulanıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi “Mançester Yunayted”ə rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

İnyestanın vida matçı keçirildi

Növbəti yazı

Zirədə qolsuz bərabərlik