Solbakken İtaliya yolunda
“Bodo-Qlimt”in futbolçusu Ola Solbakken karyerasını İtaliyada davam etdirməyə yaxındır. 24 yaşlı vinger A seriyasının iki iddialı klubunun maraq dairəsindədir.
Norveç millisinin üzvü uğrunda konkret olaraq “Napoli” ilə “Roma” mübarizə aparır. Hər iki klub futbolçunun meneceri ilə danışıqlara başlayıb. Solbakkenin “Bodo-Qlimt”lə müqaviləsi bu ilin sonuna qədərdir.
Qeyd edək ki, Ola Solbakken ötən mövsüm Konfrans Liqasında 15 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.