“Şöhrət zalı”nda iki yeni ad
İngiltərədə Premyer Liqanın “Şöhrət zalı”na daxil edilən oyunçuların sayı artıb. İki veteran futbolçunun adı həmin zala daxil edilib.
Bunlar “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi və “Arsenal”ın keçmiş yarımmüdafiəçisi Patrik Vieyradır.
Qeyd edək ki, daha əvvəl “Mançester Yunayted”dən Devid Bekhem, Erik Kantona və Roy Kinin, “topçular”dan isə Tyerri Anrinin adları “Şöhrət zalı”na salınıb.