Sobolenkoya kortda evlilik təklifi

Sobolenkoya kortda evlilik təklifi

Avstraliya açıq çempionatında maraqlı hadisə yaşanıb. Dünyanın 5-ci raketkası Arina Sobolenko oyun zamanı evlilik təklifi alıb.

Hadisə 1/4 final zamanı baş verib. 25 yaşlı belaruslu Donna Vekiçlə qarşılaşma bitən kimi kortda müsahibə verib. Həmin an tribunadakı kişi “Arina, mənə gələrsən?” qışqırıb.

Özünü itirməyən Sobolenko təklifi cavabsız qoymayıb: “Gəl, bunu sonra müzakirə edək”.

Qeyd edək ki, Arina bu görüşdə 6:3, 6:2 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”dən ”Milan”a təklif

Növbəti yazı

Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşdi