Sobolenkodan darmadağın

Sobolenkodan darmadağın

Dünyanın birinci raketkası Arina Sobolenko Brisben turnirində mübarizəyə start verib. Belaruslu tennisçi 1/16 finalda meksikalı Renata Sarasua ilə görüşüb.

WTA-500 turnirinə inamlı qələbə ilə başlayan Sobolenko yalnız ilk setdə müqavimətlə rastlaşıb. İkinci set isə quru hesablı darmadağınla bitib – 6:4, 6:0.

Arinaya qələbə üçün 1 saat 5 dəqiqə kifayət edib. O, 1/8 finalda qazaxıstanlı Yuliya Putintseva ilə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”dən antirekord

Növbəti yazı

“Bavariya”nın transfer planları