Sobolenkodan 20 xəta
Dünyanın 6-cı raketkası Arina Sobolenko San-Xose turnirində mübarizəni dayandırıb. O, 1/4 finalda Darya Kasatkinaya uduzub – 6:4, 5:7, 0:6.
Belaruslu bu qarşılaşmada 20 ikiqat səhvə yol verib. O, ilk setdə 7, ikincidə 9, sonuncuda 4 xəta edib.
Bundan əvvəlki mərhələdə də 23 belə səhvi olan Arina mövsümdə 177 ikiqat xəta buraxıb. Bu, ilin antirekordudur.