Sobolenko yenə finalda
Arina Sobolenko Ştutqart turnirinin finalına yüksəlib. O, yarımfinalda Anastasiya Potapovaya qalib gəlib – 6:1, 6:2.
Belaruslu tennisçi ardıcıl 3-cü dəfə bu turnirdə final oynayacaq. 2021-ci və 2022-ci illərdə də həlledici matçda iştirak edən Arina öncə Eşli Barti, ardınca İqa Şventekə uduzub.
O, mövsümdə 4-cü finalını oynayacaq. Sobolenko bunların ikisində titul qazanıb.