Sobolenko növbəti titulunu qazandı
Arina Sobolenko Vuhanda (Çin) keçirilən WTA-1000 turnirinin çempionu olub. Belaruslu tennisçi finalda yerli Çjen Sinvenlə qarşılaşıb.
Görüş 2 saat 41 dəqiqə sürüb. Sobolenko 2:1 hesabı ilə qalib gəlib – 6:3, 5:7, 6:3. Arina WTA turnirlərində 17-ci titulunu qazanıb. Belaruslu raketka ustası 3-cü dəfə Vuhanda keçirilən yarışda titula sahib çıxıb. O, burada keçirdiyi 17 oyunun hamısında qələbə qazanıb.