Sobolenko Dohaya getmədi
“Australian Open”in çempionu Arina Sobolenko Qətərin Doha şəhərində keçiriləcək turnirdə iştirak etməyəcək. Belaruslu tennisçi WTA 500 seriyalı yarışa qatılmamağa qərar verib.
Bu turnir fevralın 13-də başlayacaq. Arinanın növbəti turniri Dubayda olacaq.
Qeyd edək ki, Dohada Sobolenkonu Çjan Şuay əvəzləyəcək.